Xətai rayonunda “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilmişdir
Yarış hər bir komandanın tərkibində 10 qız və 10 oğlan olmaqla ibtidai sinif şagirdləri arasında keçirilmişdir. Kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma, topların və halqaların istifadəsilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti, qapıya qol vurma üzrə keçirilən yarışın yekun nəticələrinə görə rayonun 269 nömrəli məktəbinin komandası birinci yeri, 245 nömrəli məktəbin komandası ikinci yeri, 263 nömrəli məktəbin komandası isə üçüncü yeri tutmuşdur.
Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Salman Əbdulov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova, Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Xətai rayon Gənclər və İdman İdarəsinin idman sahəsi üzrə aparıcı məsləhətçisi Tural Əhmədli, 15 nömrəli Uşaq Gənclər İdman Məktəbinin tədris işləri üzrə direktor müavini Bahar Zəkəriyayeva iştirak ediblər. Qaliblər diplom və medallarla mükafatlandırılmışlar.