Xətai rayonundakı “Zəkalar” liseyində "Tullantılardan-İncəsənətə" adlı maarifləndirici tədbir keçirilib
31.05.2017-ci il tarixdə Xətai rayonundakı 287 nömrəli "Zəkalar" liseyində "1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Sağlam gələcək, sağlam mühit", "Tullantılardan-İncəsənətə" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru-YAP Qadınlar şurasının sədri Aygün Əhmədli çıxışında bildirib ki, uşaqları, gələcəyimizi qorumaq üçün sülh mühitinin olması ilə bərabər ətraf mühitin də ekoloji cəhətdən sağlam və təmiz saxlanılması vacibdir. Bu gün "Sağlam gələcək, sağlam mühit", "Tullantılardan-İncəsənətə" devizi altında düşünən liseyimizin şagirdləri bu tədbirin keçirilməsini təşkil ediblər.
Tədbirdə şagirdlərin məişət tullantılarından hazırladıqları əl işləri və geyimlər nümayiş olunub.
Tədbir çərçivəsində şagirdlərin hazirladıqları rəngarəng səhnəciklər, ibtidai sinif şagirdlərinin təqdimatında pantomim tamaşa və ifa olunan musiqilər tədbirdə iştirak edən qonaqlarda yüksək əhval- ruhiyyə yaradıb.