Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 116 saylı məktəbdə fransız yazıçısı Viktor Hüqonun yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

31 may 2017 | 11:00

 31.05.2017-ci il tarixdə Xətai rayonundakı 116 nömrəli məktəbin akt zalında böyük fransız yazıçısı, dramaturq, şair, publisist, utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri olan Viktor Hüqonun anadan olmasının 215-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbənin baş məsləhətçisi Aytən Sadıqova, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov, Fransız Səfirliyinin   məsul əməkdaşı Ülfət İbrahimov və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər böyük yazıçının həyat və yaradıcılığından geniş söhbət açaraq bildiriblər ki, Viktor Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanıb. Nəzm əsərləri arasında "Düşüncələr" və "Əsrlərin əfsanəsi" kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər", "Notrdam qozbeli" və "Edam məhkumunun son günü" romanlarıdır. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları-cinayətkarları  müdafiə edib. Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir. Əsərlərində bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.

 

Keçidlər