Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul etmişdir
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaş Dilbər Orucova və şəhid ailəsi Bağdagül Ramazanovanı rayon İcra Hakimiyyəti başçısının müavini, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi və aparatın şöbə müdirlərinin iştirakı ilə qəbul etmişdir.
Cənab Razim Məmmədov vətəndaşın müraciəti ilə ətraflı tanış olmuş və vətəndaşa qaldırılan problemlə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmişdir. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müraciətin hərtərəfli araşdırılması və mümkün köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyatı şöbələrə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşın müraciəti ilə ətraflı tanış olan cənab Razim Məmmədov qaldırılan məsələlərin hərtərəfli araşdırılması və operativ şəkildə həlli ilə əlaqədar dərhal aidiyyatı şöbələrə müvafiq tapşırıqlar vermişdir.
Vətəndaşlar onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.