Xətai rayonunda İNSAN HÜQUQLARI AYLIĞI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun18-i ölkədə "İnsan Hüquqları günü" kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilib. Bu aylıq çərçıvəsində rayon ərazisindəki Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kitabxanasında məktəbin tarix müəllimi, "Ən yaxşı müəllim müsabiqəsinin qalibi", Azərbaycan Respublikasının Qabaqcıl Təhsi işçisi Həcər Kəmaləddin qızı Əlişovanın təşkilatçılığı ilə "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, məktəbi 2012 - ci ildə "Qızıl medal"la bitirmiş, hal - hazırda Sabunçu rayon Məhəkəməsində hakim köməkçisi vəzifəsində işləyən Gülnar Nərimanzadə, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirin məqsədi şagirdləri insan hüquqlarının mahiyyətinin və məzmununun açıqlanmasına, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxarmağa yönəltmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.
Tədbirdə şagirdlər insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda çıxış ediblər.