Rayon İcra Hakimiyyətinin başçısı “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü işləri ilə yerində maraqlanıb
3 iyun 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü işləriə nəzarət məqsədilə növbəti dəfə Ərzurum yaşayış massivində “Turşu küçəsi” adlandırılan əraziyə gəlib.
Burada sakinlərin köçürülməsi, boşaldılan evlərin söküntü işlərinin gedişi və digər tədbirlərlə yerində maraqlanan rayon İcra Hakimiyyətinin başçısı işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar verib.
Ərazidə sakinlərlə görüşən cənab Razim Məmmədov, onların qayğıları ilə də maraqlanıb, sakinlər tərəfindən ünvanlanan suallarına müvafiq izahatlar verib. Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı hazırda bu ərazidə aparılan işlərin layihə üçün mühümlüyünü, önəmini bir daha vurgulayaraq bütün əlaqədar təşkilatlara, bu işə məsul edilmiş şəxslərə və yaradılmış müvafiq komissiyanın üzvlərinə məsuliyyətlərini bir daha artırmalarını tapşırıb.
Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.