Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

05 iyun 2017 | 11:00

5 iyun   2017-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri   iştirak edib.

Qəbulda ümumilikdə 20  vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Afiq Hüseynov, Nərgiz Mustafayeva, Gülayə Məmmədova, Qönçə Hüseynova, Həsənova Qönçə, Elşən Əliyev, Mais Hüsynov, Əli Nağıyev, Məharət Əliyev, Xanlar Bayramov və digər vətəndaşlar tərəfindən əsasən, sosial və  kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir.  Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

 

Keçidlər