Rayon İcra Hakimiyyətinin başçısı “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü işləri ilə yerində maraqlanıb
Burada sakinlərin köçürülməsi, boşaldılan evlərin söküntü işlərinin gedişi və digər tədbirlərlə yerində maraqlanan rayon İcra Hakimiyyətinin başçısı işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar verib.
Ərazidə sakinlərlə görüşən rəsmilər köçürmə zamanı qarşıya çıxan problemlərlə də maraqlanıb, sakinlər tərəfindən ünvanlanan suallarına müvafiq izahatlar veriblər. Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı hazırda bu ərazidə aparılan işlərin layihə üçün mühümlüyünü, önəmini bir daha vurgulayaraq bütün əlaqədar təşkilatlara, bu işə məsul edilmiş şəxslərə və yaradılmış müvafiq komissiyanın üzvlərinə məsuliyyətlərini bir daha artırmalarını tapşırıb.
Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.