Xətai Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansanblı hesabat konserti verdi
İyunun 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xətai Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblının hesabat konsertində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə “Səma” rəqs ansamblının il ərzində yaradıcılıq fəaliyyətindən, əldə etdikkəri nailiyyətlərdən danışılıb, ansanblın fəaliyyəti ilə bağlı video-çarx nümayiş olunub.
Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbaycan İncəsənətinin, mədəniyyətinin bu günkü inkişafından, bu sahəyə Ulu Öndər Heydər Əliyevin xüsusi diqqətindən, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse Prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısından danışaraq “Səma” rəqs ansanblının fəaliyyətini də yüksək qiymətləndirib. Bildirib ki, “Səma” rəqs qrupu Xətai rayonunun öndəgedən kollektivlərindəndir. Rayonun bütün tədbirlərində bu ansanblın çıxışları xüsusi rəğbət və alqışlarla qarşılanır. Ansanbl xarici ölkələrdə də Azərbaycanı layqincə təmsil edir, çıxışları ilə qəlbləri fəth edir, Azərbaycan musiqisini, milli rəqslərimizi təbliğ edir.
Konsert proqramında tanınmış gənc müğənnilər Aysel Əlizadə, Orxan Babazadə, Leyla Ramazanlı, Yaşar Yusub, Əbdül Xalid, Səbuhi, Sami Oruc, Samirə Əfəndi, Könül Məmmədli və Nihad Məlikin də ifalarında səslənən mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda ansamblın bədii rəhbəri Səma Sadıxova “Səma” rəqs ansamblının il ərzində tədbirlərdə fəal iştirakına görə İdarənin Fəxri Fərmanı ilə təltif olunub.