Şriftin ölçüsü :

Saytın rəngi :

Son zəng coşqusu Xətai rayonun ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbində də yaşandı

16 iyun 2017 | 11:00

Avropa yəhudilərinin Bakı icmasının sədri, Şarovski Aleksandr Yakovlyev, Avropa yəhudilərinin Bakı icmasının sədr müavini Brenneysen Yevgeniy Anatoliyeviç, Dağ yəhudilərinin Bakı icmasının sədri Yevdayev Milix Elxanoviç, Hased Qerşon Yəhudi evininin direktoru Davıdov Şaul Mixayloviç, İsrayil dövlətinin Azərbaycandakı səfirinin müavini Amir Rom, İsrail səfirliyinin konsulu  xanım Lilax Atias, Xətai rayon İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Təhsil Nazirliyinin ümumtəhsil şöbəsinin əməkdaşı Aydın Rəhimov, Xətai rayon Böyük Vətən Müharibəsi veteranlarının sədri Nəcibə Məhərrəmovanın da qatıldıqları tədbirdə əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra məktəbin direktoru  Leznik Yefim Petroviç tədbir iştirakçılarını salamlayaraq məktəb haqqında məlumat verdi. Bildirildi ki, “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan Respublikasının vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planı və proqramları əsasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə “Or-Avner” və “Heydər Əliyev” fondlarının birgə sazişi əsasında 2010-cu ildə, müasir standartlara cavab verən təhsil binası inşa edilmişdir. Məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, Respublikanın birinci xanımı Mehriban Əliyeva və “Or-Avner” Beynəlxalq Humanitar fondunun təsisçiləri iştirak etmişlər.

2016-cı ilin dekabr ayında İsrailin Baş Naziri Binyamin Netaniyahu və həyat yoldaşı Sara Netanyahu məktəbin qonağı olmuşlar. Hal-hazırda məktəbdə 120 şagird təhsil alır. 2015-2016-cı tədris ilində məzun olmuş 7 şagirddən 6-sı ali məktəbə daxil olub. Bu il bu təhsil ocağından 9 şagird məzun olur. Şagirdlərin təlim- tərbiyəsi ilə 30 müəllim məşğul olur.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov tədbir iştirakçılarını salamlayaraq Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun təbriklərini çatdırdı. Qeyd etdi ki, Xətai rayonu ərazisində 37 tam orta məktəb fəaliyyət göstərir. Eləcə də Fransız liseyi və “Xabad Or-Avner” məktəbi. Təhsil müəssisələrinin nailiyyətlərindən danışan natiq bildirdi ki, Dövlət İmtahan Mərkəzinin yaxınlarda təqdim etdiyi hesabatdan bir daha məlum oldu ki, Xətai rayonunun 10 məktəbi 2016-cı ildə Ali məktəblərə qəbul üzrə “Ən yaxşı məktəb” siyahısındadır. 287 saylı “Zəkalar liseyi” isə Respublika birincisidir. Bütün bunlar da əlbəttə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün də cənab Prezident İlham Əliyev və birinci vitse prezidentimiz Mehriban Xanım Əliyeva tərəfindən təhsilə diqqət və qayğının nəticəsidir. Bu yəhudi məktəbinin məzunlarının da əldə etdiyi nailiyyətlər Azərbaycan təhsilinin uğurudur. Çünki, onlar harda olurlar olsunlar doğma vətənləri Azərbaycanı təmsil edirlər. 

Keçidlər