Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon sakini Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb

17 iyun 2017 | 11:00

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

İyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib.

Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində münsiflər heyətinin qərarı ilə rayonumuzun sakini, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə V sinif şagirdi Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb.

 

Keçidlər