Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

19 iyun 2017 | 11:00

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xətai rayonu "Əhmədli qəsəbə məscidi” dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri Murad Cəfərov tədbirlə bağlı ümumi məlumat verərək, belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov dövlət başçısının dini icmalara olan diqqət və qayğısından, eləcə də dövlət-din münasibətlərinin ölkəmizdə yüksək səviyyədə təşkil edilməsindən bəhs edib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. A.Kazımov çıxışında Azərbaycanda tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşıldığını, tolerantlıq və multikulturalizmin xalqımızın həyat tərzi olduğunu vurğulayıb. İslam Həmrəyliyinin məhz bu anlayışların məntiqi davamı olduğunu diqqətə çatdırıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dəyərlərinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi xalqımızın inkişafında böyük rola malik olduğunu bildirib.

Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

   

 

 

 

Keçidlər