Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayı münasibəti Xətai rayonunda məzkunlaşan qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə onların pulsuz tibbi müayinəsi keçirilib

24 iyun 2017 | 11:00

Ramazan ayı münasibəti Xətai rayonunda məzkunlaşan qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə onların pulsuz tibbi müayinəsinə başlanılıb. Mərkəzi Neftçilər Xəstəxanasının tibb personalının cəlb olunduğu ilk aksiya 118 saylı xüsusi təyinatlı mənzil-kommunal istismar sahəsində baş tutub.

  Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada 118 saylı xüsusi təyinatlı mənzil-kommunal istismar sahəsinin ərazisində məskunlaşan qaçqın və məcburi köçkünlər, o cümlədən, şəhid ailələri, Qarabağ, Böyük Vətən müharibəsi, 20 Yanvar əlilləri, ahıl və kimsəsiz insanlar olmaqla, ümumilikdə 200-dən çox vətəndaş yararlandı.

 Müraciət edənlərin hər birinə Mərkəzi Neftçilər Xəstəxanasının peşəkar tibbi personalı tərəfindən lazımı yardımlar göstərildi. Hər hansı xəstəlikləri aşkarlanan insanlar isə pulsuz əməliyyat üçün qeydiyyata alındı.

Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırdı ki, insan sağlamlığının qorunması və səhiyyənin inkişafı dövlətin əsas prioritet istiqamətlərindədir. Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində əhalinin tibbi müayinədən keçirilməsi bu yöndə atılan addımlardandır. Xətai rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif ərazilərdə pulsuz tibbi müayinələr təşkil olunur. İlk dəfə Azərbaycanda keçirilən ödənişsiz aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Bu isə vətəndaşlarımızın sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Səyyar tibbi briqadalar yerlərdə insanların müalicəsini təmin edir onlara dərman preparatları və lazımı tibbi göstərişlər verirlər.

 

 

Keçidlər