Xətai rayonunda müşavirə keçirildi
Tədbirdə rayon İcra Hakimiyyəti aparatının kollektivi, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Müşavirədə rayon ərazisində abadlıq-quruculuq, təmizlik sahəsində görülmüş işlər və keçirilmiş bir sıra tədbirlərlə bağlı rayon İcra Hakimiyyəti başçısının müavinləri Teymur Əzizov və Jalə Abdıyevanın, Mənzil Kommunal Təsərrüfüt Birliyinin rəisi Əvəz İsmayılovun məruzələri dinlənildi və yaz-yay mövsümü ilə əlaqədar məişət və digər tullantıların mövsümdən asılı olaraq yaranma mənbələrinin təhlil edilməsi və gündəlik olaraq yığışıdırlıb daşınması məqsədilə yaradılmış işlək mexanizmin daha da təkmilləşdirilməsi, bu sahəyə nəzarətin gücləndirilməsi, tullantıların vaxtında yığışdırılaraq daşınmasının təşkili, “Ag şəhər” layihəsi çərçivəsində işlərin sürətləndirilməsi, nəzarətin artırılması və digər cari məsələlər müzakirə olundu.
Rayonun istirahət parklarında əhalinin istirahətinin və asudə vaxtının təşkili məqsədilə müvafiq şəraitin yaradılması, rayonun bütün inzibati ərazilərində mövsümi ticarət, ictimai-iaşə və xidmətlə məşğul olan obyektlərin fəaliyyətlərinin ətraf mühitin qorunması qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması, hər bir sahə inzibati ərazi dairəsində və bələdiyyə ərazisində yaradılmış mövcud infrastruktur obyektlərinin -parkların, yaşıllıqların, çəmənliklərin, fəvvarələrin, elektrik, su və kanalizasiya xətlərinin, söhbətgahların, talvarların, oturacaqların, tullantı qablarının və konteynerlərin və s. inventarizasiyasının aparılması, onların yaxşılaşdırılması məqsədilə əlavə işlərin görülməsi və normal istismarı üçün tədbirlərin həyata keçirilməsi kimi tapşırıqlar verildi.
Sonda qeyd olunan tapşırıqların icrası ilə əlaqədar həftəlik, aylıq hesabatların təmin edilməsi tapşırıldı.