Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul etmişdir
04 iyul 2017 | 11:00
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaş Leyla Balası qızı Mütəllimova və Ruslan Rasim oğlu Məmmədovu rayon İcra Hakimiyyəti başçısının müavini, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi və aparatın şöbə müdirlərinin iştirakı ilə qəbul etmişdir.
Vətəndaş Leyla Balası qızı Mütəllimovanın yaşadığı evin təmirininə köməklik edilməsi bağlı müraciəti ilə ətraflı tanış olan cənab Razim Məmmədov qaldırılan məsələnin hərtərəfli araşdırılması və mümkün köməkliyin edilməsi ilə əlaqədar aidiyyatı şöbələrə müvafiq tapşırıqlar vermişdir.
Vətəndaş Ruslan Rasim oğlu Məmmədovun işsizliklə bağlı müraciəti də dinlənilmiş, ona müvafiq izahat verilmiş, lazım olan köməkliyin edilməsi ilə bağlı aidiyyatı şəxslərə tapşırıq verilmişdir.
Vətəndaşlar onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.