Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınıb

10 iyul 2017 | 11:00

Dövlət Başçısının müvafiq sərəncamına uyğun olaraq, iyulun 1-dən başlayan həqiqi hərbi xidmətə  çağırış davam edir. Xətai rayonunda da çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində keçirilən gənclərin hərbi çağırışa yola salınması mərasimi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səslənməsi ilə başladı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Azərbaycan əsgərinin hər dəfə erməni təxribatının qarşısını layiqincə alması və düşmənə sarsıdıcı zərbə vurması bunu bir daha sübut edir. Bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində təşkil edilən tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirdi. Diqqətə çatdırdı ki, ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və həyata keçirdiyi kompleks tədbirlərin nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir orduya çevirilib. Qeyd olundu ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra qətlə yetirilib. Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Mehman Qurbanov, Böyük Vətən Müharibəsi veteranları təşkilatının sədri Nəcibə Məhərrəmova çıxış edərək vurğuladılar ki, dövlət başçısının məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi olaraq  indi Azərbaycan Silahlı Qüvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir.

Çıxış edən veteranlar, valideynlər Vətənin müdafiəsinə yola düşənlərə əsl mərdlik, şücaət məktəbini  şərəflə keçməyi, hərbi  texnikanın sirlərini  mükəmməl öyrənməyi tövsiyyə etdilər.

Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətə yola düşən gənclər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimizin qısasını tezliklər alacaqlarını əminliklə bildirdilər.

Sonra hərbi xidmətə yola salınan gənclər Azərbaycan bayrağını öpərək sədaqət andı içdilər. Onlara hədiyyələr təqdim edildi.

Tədbir incəsənət ustalarının ifaları, respubiklika uşaq yaradıcılıq mərkəzinin “Təbəssüm” rəqs qrupunun çıxışları ilə davam etdi.

 

 

 

Keçidlər