Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilmişdir
11.07.2017-ci il tarixdə rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısının müavini Teymur Əzizov, rayon Mənzil Kommunal Təsərüfat Birliyinin rəisi Əvəz İsmayılov, rayon Enerji Təchizatı və satışı İdarəsinin rəisi Elnur Həsənov, aparatın şöbə müdirlərinin iştirakı ilə rayon İcra Hakimiyyətinə müraciət etmiş sakin- S.Ə.Şirvani küçəsi 2B, mənzil 10 ünvanda yaşayan Məmmədov Bəşir Aslan oğlunun müraciəti dinlənilmişdir.
Vətəndaş Məmmədov Bəşir Aslan oğlu yaşadığı mənzilin elektrik enerjisinin kəsildiyi ilə bağlı narazılığını bildirmiş, yaranmış vəziyyətlə bağlı köməklik edilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti ilə ətraflı tanış olduqdan sonra qaldırılan məsələ operativ şəkildə ətraflı araşdırılmış və vətəndaşın mənzilinə elektrik enerjisinin verilməsi bərpa olunmuşdur.
Vətəndaş göstərilən diqqət, qayğıya görə və probleminin dərhal həll olunması ilə bağlı minnətdarlıq etmişdir.