Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda maarifləndirici tədbir keçirilib

11 iyul 2017 | 11:00

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi 17 aprel 2017-ci il tarixdən, 17 avqust 2017-ci il tarixə qədər  4 ay müddətində Prezident cənab İlham Əliyevin sosial siyasətinin əsas elementlərindən biri olan aztəminatlı ailələrə dövlət dəstəyinin təbliği, eyni zamanda əhalinin maarifləndirilməsi istiqamətində “Aztəminatlı Ailələrin Dövlət Dəstəyi Haqqında Maarifləndirici tədbirlər”in keçirilməsi ilə bağlı  layihənin həyata keçirilməsinə başlanılıb.

Bu məqsədlə 10.07.2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov ölkəmizdə az təminatlı ailələrə dövlət dəstəyinin, insanlara dövlət qyğısından danışıb. Sosial Tərəqqinin dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənov, layihənin rəhbəri Lamiyə Həsənova tədbirin mahiyyətindən bəhs edərək aztəminatlı ailələr üçün nəzərdə tutulmuş proqramlar haqqında ətraflı məlumat verib və müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarının aidiyyatı suallarına cavab verilmişdir.

Keçidlər