Xətai rayonunda ağac kəsimində məmurun iştirakı olmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatda Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda ağac kəsimi ilə əlaqədar yaydığı bəyanata cavab olaraq Xətai rayonu, 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi İsmi Ağayev bildirmişdir ki, MKİS-in rəisi Zahid Bədəlov 07.07.2017-ci il tarixdən səhhəti ilə bağlı işə çıxmır. Eləcə də məlumat vermişdir ki, Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda yaşayan İlyas Cabbarov istifadəsində olan torpaq sahəsində 3 ədəd nar kolu kəsmişdir. Bunu öz həyətyanı sahəsində bostan məhsulları yetişdirmək məqsədilə etmişdir.
Göstərilən ünvan 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşir. Lakin Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlovun və işçilərinin göstərilən kolların ləğv edilməsində heç bir iştirakı olmamışdır.