Uşaqlar gələcəymizin əmanətidir
Bu gün Azərbaycanın hər yerində olduğu kimi paytaxtın Xətai rayonunda da dünyanın ən gözəl və ən nəcib bayramlarından biri - Uşaqları Beynəlxalq Müdafiə Günu böyük təntənə ilə qeyd edildi. Rayon İcra Hakimiyyətinın başçısı Razim Məmmədov və aparatın kollektivi ənənələrinə sadiq qalaraq bu bayramı ata-ana qayğısını dövlətdən alan Bakı şəhər 3 saylı Uşaq evinin sakinləri ilə birlikdə qeyd etdilər.
İcra hakimiyyəti tərəfindən al-əlvan bəzədilmiş uşaq evinin həyətində bayram süfrəsi açılmış, göz oxşayan bir meydan qurulmuşdu. Uşaqların bayramı olduğundan elə ilk söz də onlara verildi. Qonaqları Vətənə sevgi və məhəbbət qayəli ən müxtəlif şeirlər və mahnılarla salamlayan uşaqlar, sanki onlara göstərilən dövlət qayğısının minnətdarlıqlarını nümayiş etdirməyə çalışırdılar.
Xətai Rayon İcra Hakimiyyətinın başçısı Razim Məmmədov isə təbrik sözünə belə başladı:
- 1925-ci ildə Cenevrədə,Ümumdünya konfransında keçirilməsi
Dünyanın əksər ölkələrində Uşaqları Müdafiə Günunün qeyd olunmasının mahiyyəti, uşaqların həyata, istirahətə, təhsilə, yüksək səhiyyə haqqında qərar qəbul olunan bu bayram, əslində hər bir xalqın, millətin, ümumilikdə isə bütün bəşəriyyətin sabahının, gələcəyinin bayramıdır. xidmətinə, zorakılıqdan, uşaq əməyindən müdafiəyə hüquqları olduğunu böyüklərə, yaşlı nəslə xatırlatmaqdır. Biz böyüklər çox şadıq ki, vətəndaşı olduğumuz Azərbaycan Respublikasının dövləti və onun rəhbəri nəinki uşaqların hüquqlarının müdafiəsində, onların sosial rifahının təmin olunmasında belə dünyanın əksər ölkələrinə nümunə ola bilər. Bu da ondan irəli gəlir ki, dövlətimizin uşaqlarla bağlı siyasəti ümummilli lider Heydər Əliyevin “xoşbəxt gələcək sağlam uşaqlarla gələcək” fəlsəfəsi üzərində qurulub. Bu siyasət bu gün də Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyev Azərbaycan uşaqlarının sosial rifahının təmin olunmasında təbəqəni daim diqqətdə saxlayır. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycanın gələcəyi olan uşaqlar müstəqil Azərbaycanın özü kimi ulu öndər Heydər Əliyevin bizə əmanətidir, normal vətəndaş kimi böyüməsində yaxından iştirak edir və bu. Onları qorumaq, onlara qayğı göstərmək hamımızın borcudur.
Tədbirdə iştirak edən Qadın, Uşaq və Ailə problemləri üzrə Dövlət Kitəsi sədrinin müavini Aynur Sofiyeva da uşaq evinin sakinlərini bayram münasibəti ilə təbrik edib onlara gələcək həyatlarında xoşbəxt həyat arzuladı.
Sonra bayram tədbiri 3 saylı Uşaq Evinin özfəaliyyət kollektivinin konsert proqramı ilə davam etdi.