Xətai rayon İcra Hakimiyyətində rayon bələdiyyələri ilə icra strukturlarının birgə fəaliyyəti müzakirə olundu
03.08.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin məsul işçilərinin, Xətai rayon və Əhmədli bələdiyyələrinin, rayon İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin və digər əlaqəqar təşkilatların rəhbərlərinin iştirakı ilə dövlət strukturlarının, xidmət sahələrinin və bələdiyyə orqanlarının birgə fəaliyyəti müzakirə olunub.
Məlumat verilib ki, ilk dəfə 1999-cu ildə Azərbaycanda keçirilən bələdiyyə seçkilərindən sonra yeni yerli özünüidarəetmə orqanları yaradılıb. Xətai rayonunda da 12 dekabr 1999-cu ildən etibarən iki bələdiyyə - Xətai rayon Xətai bələdiyyəsi və Xətai rayon Əhmədli Bələdiyyəsi fəaliyyətə başlayıb.
Tədbirdə qeyd edildi ki, bu gün bələdiyyələrin heç birinin özünün inzibati binası yoxdur, hər ikisi icarəyə götürülmüş binalarda fəaliyyət göstərir. Eləcə də 2012-ci ildən rayon ərazisində Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər fəaliyyət göstərir. 1 və 2 nömrəli Sahə İnzibati Ərazi Dairələrinin də inzibati binaları yoxdur. Əlbəttdə bu da iş fəaliyyətində müəyyən çətinliklərə səbəb olur.
Bu problemlərlə bağlı rayonun memarı Vadim Surxayev məlumat verərək bildirdi ki, bu məsələlər rayon rəhbərliyinin nəzarətindədir. Artıq rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sərəncamı ilə həm bələdiyyələr, həm də nümayəndəliklərin inzibatı binalarının tikintisi üçün yerlər ayrılmış və yaxın zamanlarda rayonun imkanları hesabına inşaat işlərinə başlanılacaq.
Tədbirdə vurgulandı ki, rayon sakinlərinin rifah halının yaxşılaşdırılması, rayonun dinamik sosial-iqtisadi inkişafını, rayonda aparılan abadlıq-quruculuq işlərini fasiləsiz təmin etmək üçün bu strukturlar bundan sonra da birgə fəaliyyətlərini davam etdirməli, yeni-yeni uğurlara nail olmalıdırlar.