İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Qarabağ Müharibəsi veteranının həyat yoldaşını qəbul etdi
7 avqust 2017-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda Razim Məmmədov vətəndaş Pakizə Məcidovanın qaldırdığı mənzil problemi ilə bağlı şikayətini dinlədi.
Məlumat verildi ki, Pakizə Mirzağa qızı Məcidovanın həyat yoldaşı Məcidov Namiq Səfər oğlu 30 sentyabr 2009 – cu il tarixdən rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Qarabağ Müharibəsi veteranı kimi iki nəfər ailə tərkibi ilə-özü və həyat yoldaşı rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Lakin Namiq Məcidov vəfat etdikdən sonra mənzil növbəsi rayon İcra Hakimiyyəti Başçısının 29.04.2015-ci il tarixli, 114 saylı sərəncamı ilə həyat yoldaşı Məcidova Pakizə Mirzağa qızının adına dəyişdirilmişdir. Qeyd olundu ki,rayon İcra Hakimiyyətində digər vətəndaşlar kimi, Pakizə Məcidovanın da müraciətlərinə həmişə diqqət və həssaslıqla yanaşılmışdır. Hal –hazırda vətandaş Pakizə Məcidovanın tələbi mənzillə təmin olunmasının tezləşdirilməsi ilə əlaqədardır.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məsələnin ətraflı araşdırılması, zərurət yarandığı hallarda əlaqədar təşkilatlara müraciətlər edilməsi ilə bağlı tapşırıqlar verdi.
Vətəndaş Pakizə Məcidova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.