Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü işləri ilə yerində maraqlanıb

10 avqust 2017 | 11:00
9 avqust  2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB,  xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə   “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi və söküntü  işlərinə nəzarət məqsədilə növbəti dəfə “Turşu küçəsi” adlandırılan əraziyə gəlib.

Burada sakinlərin köçürülməsi, boşaldılan evlərin söküntü işlərinin gedişi və digər tədbirlərlə yerində maraqlanan rayon İcra Hakimiyyətinin başçısı işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar verib. 

Ərazidə sakinlərlə görüşən cənab Razim Məmmədov, onların qayğıları ilə də maraqlanıb, sakinlər tərəfindən ünvanlanan  suallarına müvafiq izahatlar verib. Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib,  göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə  minnətdarlıq ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı hazırda bu ərazidə aparılan  işlərin layihə üçün mühümlüyünü, önəmini   bir daha vurgulayaraq bütün əlaqədar təşkilatlara, bu işə məsul edilmiş şəxslərə və yaradılmış müvafiq komissiyanın üzvlərinə  məsuliyyətlərini bir daha artırmalarını tapşırıb.

 

Keçidlər