Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda kənd təsərrüfatı mallarının satış yarmakası təşkil olunub

26 avqust 2017 | 11:00

  Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığında  əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yarmarka  təşkil olunub.

  Yarmarkaya Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba, Şəmkir rayonlarından gətirilən     məhsullarla yanaşı yarmarkada müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunmuşdur. Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsulların  qiymətləri bazardakı qiymətlərdən nəzərə çarpacaq qədər aşağıdır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

  Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Kənd təsərrüfatı məhsullarının bir cərgə boyu yerləşdirilərək sakinlərin rahatlığı təmin edilmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmış, giriş və çıxışlarda 2 ədəd nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.

  Sakinlər aparılan söhbət zamanı Xətai rayonundakı yarmarkanın ərazisi  şəhərdəki digər yarmarkalardan daha geniş, məhsulların çeşidinə görə daha zəngin olduğunu vurğulayıblar. Həmçinin, yarmarkadakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini bildirmiş, bu qayğıya və bu imkanın yaradıldığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə etmişlər.

 

Keçidlər