Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ürək qüsurlu uşaqların tibbi müayinəsi keçirilib

28 avqust 2017 | 11:00

          28 avqust 2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin və Mərkəzi Neftçilər xəstəxanasının birgə təşkilatçılığı ilə  Xətai rayonu ərazisində yaşayan ürək qüsurlu uşaqların tibbi müayinəsi keçirilib.
          Aksiyada çıxış edən Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırdı ki, insan sağlamlığının qorunması və səhiyyənin inkişafı dövlətin əsas prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində əhalinin tibbi müayinədən keçirilməsi bu yöndə atılan addımlardandır. Xətai rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif ərazilərdə pulsuz tibbi müayinələr təşkil olunur. İlk dəfə Azərbaycanda keçirilən ödənişsiz aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Bu isə vətəndaşlarımızın sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir.
          Aksiyada iştirak edən ürək qüsurlu uşaqların valideynləri göstərilən tibbi xidmətin keyfiyyətindən, həkimlərin diqqət və qayğılarından razı qaldıqlarını bildirmiş, belə bir aksiyanın keçirilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə və vitse-prezident xanım Mehriban Əliyevaya  minnətdarlıq etmişlər.

Keçidlər