Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyində müşavirə keçirilib

29 avqust 2017 | 11:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonlarında olduğu kimi  Xətai rayonunda da  abadlıq, yenidənqurma,  yeni-yeni parkların, abad həyətlərin salınması, yaşayış binalarının dam örtüklərində, girişlərində, zirzəmilərində əsaslı təmir və  təmizlik  işlərinin aparılması  daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun olaraq həyata keçirilir.
     29.08.2017-ci il tarixində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında keçirilən tədbirdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, İcra Hakimiyyətinin şöbə müdirinin müavini Məhəmməd İbrahimov,  Başçının Sahə İnzibati Ərazi Dairələri  üzrə nümayəndələri, Mənzil Kommunal İstismar Sahələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
     Müşavirədə rayon ərazisində mərkəzi və məhəllədaxili yolların yenidən qurulması, park–xiyaban, abad həyətlərin inşası, çəmənliklərin salınması, qanunsuz tikililərə qarşı mübarizənin gücləndirilməsi, yaşayış binaların əsaslı təmir işlərinin gedişatı,  təmizlik işləri ilə əlaqədar mütəmadi olaraq iməciliklərin keçirilməsi,  qarşıdan gələn Qurban bayramı ərəfəsində xüsusən  qurbanlıqların kəsildiyi ərazilərin təmiz saxlanması, məişət tullantılarının ərazilərdən vaxtlı-vaxtında daşınmasına nəzarətin gücləndirilməsi barədə geniş təhlillər aparılıb.

Keçidlər