Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA QURBAN BAYRAMI MÜXTƏLİF TƏDBİRLƏRLƏ QEYD OLUNDU

01 sentyabr 2017 | 11:00

     1 sentyabr 2017-ci il tarixdə Qurban bayramı münasibətilə Xətai rayonunda müxtəlif tədbirlər keçirilmişdir. Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xətai rayon şöbəsinə, Vətən Müharibəsi Veteranları İctimai Birliyinə, Xətai rayon Veteranlar təşkilatına, Ağsaqqallar Şurasına, Əlillər Cəmiyyətinə, Qızıl Aypara cəmiyyətinə, 3 saylı uşaq evinə və digər ictimai birlik və təşkilatlara, eləcə də rayon ərazisində yaşayan şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə, tənha ahıllara və aztəminatlı ailələrə görüşlər keçirildi, Qurban sovqatları paylanıldı.

    Xətai rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə çıxış edənlər Qurban Bayramı münasibətilə xalqımızı, eləcə də, Xətai  rayon sakinlərini təbrik etdilər. Həmçinin vurğulandı ki, belə tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşmasının və vətəndaşlara dövlət qayğısının təzahürüdür. Bu gün cənab Prezidentin, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın timsalında belə imtiyazlı ailələrə dövlət qayğısı ümummilli liderimiz Heydər Əliyev ideyalarının, siyasətinin uğurlu davamının və inkişafının bariz nümunəsidir.

     Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və aparatın bir qrup əməkdaşı şəhid ailələrini, Qarabağ əlillərini, tənha, imkansız insanları, o cümlədən aprel şəhidlərinin, Milli Qəhrəman Çingiz Qurbanovun ailələrini ziyarət etdilər. Başçının müavini J.Abdıyeva  bu görüşlər zamanı vurğuladı ki, hər bir azərbaycanlı Təbriz, Xaliq, RəşadÇingiz kimi vətən oğulları ilə fəxr edir və əminik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tez bir zamanda torpaqlarımız düşmən tapdağından azad olunacaq, şəhidlərimizin qisası alınacaq.

       Şəhidlərin valideynləri  də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini  bildirdilər.

 

 

 

 

 

 

Keçidlər