Şriftin ölçüsü :

Saytın rəngi :

"İdman Dırmanması" üzrə yeniyetmə və gənclər arasında "Gömrükçü" idman klubunun açıq birinciliyi və çempionatı keçirilib

10 sentyabr 2017 | 11:00

  Xətai Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" idman klubunun təşkilatçılığı ilə  "ClimBaku" Dırmanma Mərkəzində "İdman Dırmanması" üzrə yeniyetmə və gənclər arasında "Gömrükçü" idman klubunun açıq birinciliyi və çempionatı keçirilib.
  Maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışda idmançılar çətinlik və sürət növlərində bacarıqlarını nümayiş etdiriblər.
Yarışda "Gömrükçü" İdman Klubu, "Qərb Universiteti", "Qafqaz", "Ekosport", FHN, "Kyanite", "Şəki AMA", "Salavat" (Qusar), "Tornado", "Gilavar" İdman Klublarından ümumilikdə 70-dək idmançı qüvvəsini sınayıb.
  Oğlanlar arsında Gəray Əliyev ("Ekosport" İK) qızıl, Tərlan Həsənzadə ("Şəki AMA" İK) gümüş, Stanislav Filyayev ("Gömrükçü" İK) bürünc medal qazanıb.
Qızlar arasında "Gömrükçü" İK-nın üzvü Əzizə Bayram bütün rəqiblərini üstələyib. Onun komanda yoldaşı Mələk Kərimova ikinci, "Ekosport" İK-nın təmsilçisi Leyla Abdullazadə isə üçüncü olub.
  Ümümi hesabda "Gömrükçü-1" komandası birinci, "Ekosport"İK ikinci, "Gömrükçü-2" komandası isə üçüncü pilləyə layiq görülüb.
Sonda qalib gələn idmançılar kubok, medal və diplomlarla təltif olunublar

Keçidlər