Şriftin ölçüsü :

Saytın rəngi :

Sülh aylığı çərçivəsində Səməd Vurğun adına Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib

11 sentyabr 2017 | 11:00

  11 sentyabr 2017-ci il tarixdə Sülh aylığı çərçivəsində “Beynəlxalq Sülh Günü” münasibətilə Xətai rayonundakı Səməd Vurğun adına Mərkəzləşdirilmiş Kitabxana Sistemində    tədbir keçirilib.
  Tədbirdə baş kitabxanaçı Gülzarə Quliyeva “Beynəlxalq Sülh Günü”nün mahiyyətindən söhbət açıb.
  Daha sonra rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək sülhün əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial-iqtisadi və mədəni inkişaf olduğunu, hər bir cəmiyyətin, ümumiyyətlə bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu diqqətə çatdırıb. Həmçinin, vurgulanıb ki, Ümummilli lider Heydər Əliyev məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bugünki tərəqqimizin təməlini qoyub.
Sonda tədbir iştirakçıları ilə  mövzu haqqında geniş fikir mübadiləsi aparılıb.

Keçidlər