Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Kazımağa Kərimov küçəsi 15 ünvanda baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə olub

12 sentyabr 2017 | 11:00

      12 sentyabr 2017-ci il tarixdə saat 04 radələrində Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 saylı ünvanda yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində 7 məcburi köçkün ailəsinin əmlakına ziyan dəyib.
     Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rayon mənzil Kommunal Təsərrüfat Birliyinin, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə əraziyə yerində baxış keçirib. 
     Məlumat verilmişdir ki, 27 məcburi köçkün ailəsinin məskunlaşdığı bina 1930-cu illərdə inşa olunub. 2 mərtəbəli 3 girişli əsas yükdaşıyıcı konstruksiyası ağac karkas olmaqla ara boşluqları qamışla doldurulmuş tikilidən ibarətdir.Uzun müddət ərzində təmirsiz istismar nəticəsində binada çoxsaylı çatlar yaranıb, binanın 3-cü girişinin yan divarında çökmə yaranıb.
     Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin də müraciətlərini dinləyib, onların suallarını cavablandırıb, müvafiq tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara və məsul şəxslərə tapşırıqlar verib.

Keçidlər