Xətai rayonunda gənc rəssamın fərdi sərgisi təşkil olundu
11 sentyabr 2017-ci il tarixdə Xətai Sənət Mərkəzində gənc rəssam Nəbiyev Səbrəli Camal oğlunun “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi keçirilib.
Sərgidə gənc rəssamın müxtəlif mövzularda yağlı boya, qara qələm və s. texnikalar ilə işlədiyi 60-dan çox əsəri nümayiş olunub.
Tədbirdə çıxış edənlər tanınmış rəssamlar professor Ağəli İbrahimov, professor Arif Hüseynov, Azərbaycanın xalq artisti İlham Namiq Kamal, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və başqaları gənc rəssama yaradıcılıq uğurları arzulayaraq tövsiyələrini veriblər.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirdi ki, Azərbaycan İncəsənətinə, mədəniyyətinə diqqət və qayğı həmişə Ümummilli lider Heydər Əliyev tərəfindən diqqət mərkəzində saxlanılıb və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.