Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində istilik enerjisi sahəsində mövcud problemlərin həlli məqsədilə komissiya yaradılıb

13 sentyabr 2017 | 11:00

12 sentyabr 2017-ci il tarixində rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun sədrliyi ilə İcra Hakimiyyəti Aparatının, Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin, “Azəristiliktəchizat” ASC-nin məsul əməkdaşlarının iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə rayon ərazisində payız-qış mövsümündə istilik enerjisi təchizatının təşkili və keyfiyyətinin yüksəldilməsi, çoxmənzilli yaşayış binalarının, uşaq bağçalarının, dövlət və sosial obyektlərin istiliklə lazımi səviyyədə təmin edilməsi və müasir standartlara uyğun səviyyədə qurulması  istiqamətində müzakirələr aparılmışdır.

Həmçinin, rayon ərazisində istilik enerjisi sahəsində mövcud problemlərin həlli, rayon sakinlərinin payız-qış mövsümündə etibarlı və normal istiliklə təmin olunması, yenidənqurma işləri ilə əlaqədar araşdırma aparılması, yeni istilik məntəqələrinin  tikintisi, yararsız vəziyyətə düşmüş istilik şəbəkələrinin yenilənməsi və qəbul edilmiş müasir standartlar səviyyəsində qurulması üçün zəruri tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında komissiya yaradılmışdır.

Keçidlər