Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sosial Müdafiə Fondunda bir sıra məsələlər müzakirə olunmuşdur

13 sentyabr 2017 | 11:00


2017-ci il 11 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsində məcburi dövlət sosial sığorta ayırmalarının toplanması və əmək pensiyalarının vaxtında maliyyələşməsi məqsədilə iclas keçirilmişdir.
İclasda məcburi dövlət sosial sığorta ayırmalarının toplanması işinin daha da yaxşılaşdırılması, debitor borclarının azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sığorta ayırmalarını vaxtında ödəməyən sığortaedənlərə qarşı Məhkəmə qarşısında iddia qaldırılması məsələləri müzakirə olunmuşdur.
        Əməkdaşlara tapşırılmışdır ki, bu tədbirlərlə yanaşı vətəndaşların qəbulu və şikayətlərin baxılmasında həssaslıq nümayiş etdirilsin, dövlət qulluqçularının etik davranış normalarına ciddi riayət edilsinriayət edilsin.

Keçidlər