Şriftin ölçüsü :

Saytın rəngi :

Kazımağa Kərimov küçəsi 15 ünvanda baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə zəruri tədbirlərin görülməsi davam etdirilir

14 sentyabr 2017 | 03:00

Məlumat verildiyi kimi 12 sentyabr 2017-ci il tarixdə saat 04 radələrində Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 saylı ünvanda yanğın baş verimişdir. Yanğın qısa müddət ərzində söndürülmüş və digər mənzillərə keçməsinin qarşısı alınmışdır. Yanğın nəticəsində 7 məcburi köçkün ailəsinin əmlakına ziyan dəyib.

     Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev və digər əlaqədar təşkilatların rəhbərləri və nümayəndələri dərhal hadisə yerində olmuşlar.
      Hal-hazırda araşdırmalar davam etdirilir. Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerindədirlər. Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, rayon bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri məcburi köçkünlərin aid olduğu rayonların İcra Hakimiyyətinin, polis idarəsinin və digər təşkilatların nümayəndələri ilə birgə lazımi tədbirlər görülür. Bu barədə kütləvi informasiya vasitələrinə də məlumat verilir. Lakin çox təssüflər olsun ki, bəzi jurnalistlər informasiyanın alınması və ötürülməsində səbrsizlik nümayiş etdirir, yanlışlığa yol verirlər.
      Bir daha bildiririk ki, rayon İcra Hakimiyyəti olaraq səlahiyyətlərimiz çərçivəsində fəaliyyət göstərir və yuxarı təşkilatların çıxardığı  qərarları, verdiyi tapşırıqların icrasını dərhal və vaxtında təmin etməyə çalışırıq.


 

Keçidlər