Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xətai rayonu 3 nömrəli uşaq evinə baş çəkib.
29 sentyabr 2013 | 10:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 27-də Xətai rayonu 3 nömrəli uşaq evinin sakinləri ilə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.Burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır. Fondun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak ediblər.Leyla Əliyeva uşaqlara Heydər Əliyev Fondunun hədiyyələrini təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.