Şriftin ölçüsü :

Saytın rəngi :

STEPS-2017 sorğusu Xətai rayonunda da uğurla həyata keçirildi

14 sentyabr 2017 | 11:00

       Xətai rayonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə STEPS sorğusu keçirilmişdir. Sorğunun aparılması Səhiyyə Nazirliyinin bu il martın 7-də təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın həyata keçirilməsi barədə əmrinə uyğun olaraq keçirilmişdir. 
          Layihənin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar Mərkəzinin Layihənin əlaqələndirilməsi şöbəsinin müdüri Səbinə Babazadə, Səhiyyə Sahəsi və İslahatlar şöbəsinin müdüri Nabil Seyidov, Səhiyyə Sahəsi və İslahatlar şöbəsinin sosioloqu Fərid İsrailzadə, Səhiyyə Sahəsi və İslahatlar şöbəsinin kompyüter  üzrə operatoru Nuranə Kəlbiyeva, Xətai rayon    İcra Hakimiyyətində keçirilən görüşdə layhənin həyata keçirilməsi zamanı göstərilən hərtərəfli köməkliklər üçün rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirdilər.
          Rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov öz növbəsində bildirdi ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin, birinci vitse – prezidentimiz Mehriban xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında həyata keçirdiyi bütün islahatlar və inkişaf məhz insanlarımızın sağlam həyatının təmin olunmasında mühüm addımlardır. Bunun bariz nümunəsi də bir sıra beynəlxalq təşkilatlarla birgə bu və digər layihələrin həyata keçirilməsidir.
           Sorğu zamanı hər qrupda 1 həkim və 1 tibb bacısı olmaqla 10 qrupdan ibarət intervüyerlər komandası Xətai rayon sakinlərinə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi və fiziki aktivlik haqqında suallar təqdim edərək qeyri-infeksion xəstəliklərinin risk amillərini öyrənmiş, iştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunmuşdur. Daha sonra respondentdən biokimyəvi nümunələrin analizi, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürülmüşdür. Analizlərin hamısı ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparlmış, gündəlik aparılan sorğu-sual mərhələsində əldə olunan məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənilmişdir. Rayonumuzun sakinləri ilə də keçirilən bu  sorğu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması sahəsində mühüm addım olacaqdır.

Keçidlər