Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Azərbaycanın xarici siyasəti: Ölkə başçısının Qazaxıstan səfəri və keçirdiyi görüşlər”mövzusunda tədbir keçirildi

16 sentyabr 2017 | 11:00


       Xətai rayonu, M.Ə.Sabir adına kitabxana-klubda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti: Qazaxıstan səfəri və keçirdiyi görüşlər” mövzusunda rayon ictimaiyyəti nümayəndələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin, Xətai və Əhmədli bələdiyyələrinin üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
     Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov ölkə başçısı cənab İlham Əliyevin daxili siyasəti ilə yanaşı , uğurlu xarici siyasətindən, ölkəmizin dünya siyasətində rolundan və dünya iqtisadiyatına inteqrasiysından söz açdı. Bildirdi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtidarının bugünki doğru siyasəti dünyada  ölkəmizin nüfuzunu günbəgün artırır, öz yeri və xüsusi çəkisi olan bir dövlətə çevirir. Bu gün artıq sosial-iqtisadi uğurlara imza atan ölkəmiz dünya iqtisadiyatına inteqrasiya edərək sərmayə alan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir. 
Ölkəmiz dünyada İslam dəyərlərinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində bir sıra tədbirlər, layihələr həyata keçirilir. Bunun bariz nümunəsi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi bu beynəlxalq təşkilatın sentyabrın 10-da Qazaxstanın paytaxtı Astana şəhərində  təşkil olunmuş elm və texnologiya üzrə birinci Sammitində iştirakıdır.
       7 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyətinin iştirak  etdiyi tədbirdə nitq söyləyən cənab İlham Əliyev bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib. Cənab İlham Əliyev eləcə də bu yöndə görülən digər tədbirlərdən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasından, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilməsindən danışdı. Dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizədən, müsəlmanlara qarşı törədilən cinayətlərdən, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyərək  beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırdı. Eləcə də sentyabrın 8-də Azərbaycanın Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərdiyini bildirdi.

   Tədbirdə sammit günləri çərçivəsində cənab İlham Əliyevin  bir sıra dövlət başçıları, ictimai-siyasi xadimlərlə görüşü, EXPO-2017 sərgisində Qazaxıstanın və Azərbaycanın pavilyonlarına baş çəkməsindən və bu görüşlərin əhəmiyyətindən də danışıldı.

 

 

 

 

Keçidlər