Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər unudulmur

18 sentyabr 2017 | 11:00

     Xətai rayonu, 63 nömrəli tam orta məktəbdə aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Orucov Müşfiq Arif oğlunun anım günü ilə bağlı tədbir keçirilib.
İlk öncə aprel şəhidlərinin o cümlədən, Müşfiq Orucovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Mətbuat Şurasının üzvü Ümid Rəhimoğlu, Şəhidİn əmisi Akif Orucov çıxış ediblər.
   Tədbird' çıxış edən Pənah İmanov çıxışında Aprel döyüşlərinin tarixi əhəmiyyətinə toxunaraq qeyd edib  ki, bu, sadəcə erməni adlı  düşmən üzərində qələbə deyildi. Bu həm də Azərbaycanı istəməyən, onun daim zəifliyini və acizliyini arzu edən, heç zaman öz torpaqlarını azad edə bilməyəcəyinə sevinən bütün məkrli xarici düşmənlər üzərində bir qələbə idi. Məhz bu döyüşlərdən sonra düşmənlərimiz təlaş içində anladılar ki, Azərbaycan xalqı öz Ali Baş Komandanının  əmri ilə Vətənini mənfur düşməndən azad etməyə qadirdir. Hörmətli Prezidentimiz Azərbaycan ordusunun bu zəfərini çox düzgün olaraq belə dəyərləndirir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir! Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcəkdir”. “Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaqdır.
    Tədbir çərçivəsində  Mədəniyyət və Milli ənənələrin təbliği İctimai Birliyinin hazırladığı şəhid Müşfiq Orucov haqqında film nümayiş etdirilib.

Keçidlər