Əhmədli qəsəbə məscidində Sülh aylığı çərçivəsində görüş keçirilib
Sentyabrın 20-də “Əhmədli qəsəbə məscidi”ndə Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində görüş keçirilib.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Pənah Imanov, şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Samir Yoldaşov, “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri və məscidin imam Murad Cəfərov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov respublikamızdakı bütün xalqların, bütün dinlərin nümayəndələrinin əsrlər boyu bir ailə kimi yaşadığını, ölkəmizdə mövcud olan tolerantlıq mühitinin digər ölkələr üçün də nümunə olduğunu qeyd edib.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Samir Yoldaşov çıxışlarında 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm tarixi əhəmiyyət daşıdığını, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn təşəbbüs olduğunu qeyd ediblər.
Tədbirdə mövzu ilə bağlı suallara cavab verildi.