Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Azərbaycanın xarici siyasəti: Ölkə başçısının Nyu-York səfəri və BMT-nin Baş Assambleyasının iclasında çıxışı” mövzusunda tədbir keçirildi

21 sentyabr 2017 | 11:00

     Xətai rayonu, 116 saylı məktəbdə “Azərbaycanın xarici siyasəti: Ölkə başçısının İlham Əliyevin Nyu-York səfəri və BMT-nin Baş Assambleyasının iclasında çıxışı” mövzusunda rayon ictimaiyyəti nümayəndələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin, Xətai və Əhmədli bələdiyyələrinin üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
     Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov ölkə başçısı cənab İlham Əliyevin daxili siyasəti ilə yanaşı , uğurlu xarici siyasətindən, ölkəmizin dünya siyasətində rolundan və dünya iqtisadiyatına inteqrasiysından söz açdı. Bildirdi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtidarının bugünki doğru siyasəti dünyada  ölkəmizin nüfuzunu günbəgün artırır, öz yeri və xüsusi çəkisi olan bir dövlətə çevirir. Bu gün artıq sosial-iqtisadi uğurlara imza atan ölkəmiz dünya iqtisadiyatına inteqrasiya edərək sərmayə alan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir.

     Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin, birinci vitse-prezidentimiz Mehriban xanım  Əliyevanın və Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın  Nyu-York səfəri, orada keçirdiyi görüşlər və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72 -ci sessiyasının açılış mərasimindəki cəsarətli çıxışı da ölkə rəhbərinin uğurlu xarici siyasətinin bir nümunəsidir.

Bu çıxışında cənab İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini ortaya qoydu, ölkəmizə qarşı aparılan ikili siyasətə  görə BMT- yə üzv olan ölkələri qınadı, buna son qoymağı , Ermənistanı və onun cinayətkar rəhbərini yerində oturtmağı tələb etdi. Eləcə də, 2016-cı ilin aprel döyüşlərini, bu döyüşlərdə şanlı Azərbaycan ordusunun zəfərini xatırlayaraq Ermənistana bir daha xəbərdarlıq etdi. Öz çıxışında İlham Əliyev enerji resurslarının işlənməsindən, dünya iqtisadiyatına inteqrasiyadan, digər dövlətlərə, ölkələrə nümunə olan tolerantlıqdan, dini dözümlülükdən söz açaraq bildirdi ki, hər zaman Azərbacanda bütün etnik qruplar, azsaylı xalqlar mehriban dostluq və qardaşlıq şəraitində yaşayır. Hər kəs öz dininə etiqad edir, öz mədəniyyətini inkişaf etdirir. Ermənistanda isə bu hallar yoxdur. Əksinə, bu ölkənin cinayətkar rəhbərləri işğal etdikləri azərbaycan torpaqlarında əsl vandalizm siyasəti həyata keçirir, tarixi-mədəni abidələri məhv edir. Məhz Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq soydaşımız öz tarixi torpaqlarından didərgin düşüb, Xocalıda soyqırım törədilmişdir.. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, nüfuzlu dövlətlər isə hələ də susur. 

 

Keçidlər