22 sentyabr 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində Xətai rayonunda ictimai-siyasi veziyyət və ideoloji işin vəziyyətinin təşkili mövsuzunda müşavirə keçirilmişdir.
22 sentyabr 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində ideoloji təbliğat işinin təşkili mövsuzunda müşavirə keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Teymur Əzizovun sədrliyi ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon Polis Idaresinin rəis müavini Fəxrəddin Əliyev, aparatın şöbə müdirləri, rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, rayon Gənclər və İdman idarəsinin rəisi, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Xətai rayonu sektorunun müdiri, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və rayon Xidmət idarələrinin rəhbərliyi iştirak ediblər.
Müşavirədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək rayon ərazisində görülən işlər barəsində məlumat verimiş, ictimai-siyasi məsələlər, sosial şəbəkələrdə, rayonun rəsmi internet səhifələrində aktivliyin artırılması, eləcə də, dövlət və dövlətçiliyin inkişafı naminə görülən işlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, hər bir təşkilat, müəssisə kütləvi informasiya vasitələrinə məlumat verərkən diqqətli olmalıdır. Rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən, səyyar qəbulların təşkili və sakinlərin qaldırdıqları məsələlərin həllinə, rayon İcra Hakimiyyətinə edilən vətəndaş müraciətlərinə xüsusi həssaslıq və diqqətli yanaşmanın vacibliyi vurğulanmışdır.Eləcə də Azərbaycan dövlətinin başçısı Prezident cənab ilham Əliyevin New Yorkdaki son xarici səfəri və səfər çərçivəsindəki görüşləri BMT-nin baş assambleasının 72-ci iclasında cıxışı barəsində ətraflı məlumat vermişdir.