Şriftin ölçüsü :

Saytın rəngi :

“SOS” Uşaq Kəndində Beynəlxalq Sülh günü konsert proqramı ilə qeyd edildi

25 sentyabr 2017 | 11:00

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin iştirakı ilə “Beynəlxalq Sülh günü” ilə əlaqədar Bakı  Sos Uşaq  Kəndində tədbir keçirildi.
   Tədbirdə çıxış edən   rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov   “Beynəlxalq Sülh Günü”nün  BMT-nin elan etdiyi yeganə rəsmi bayram olduğunu, BMT-nin həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb etdiyini bildirərək sülhün bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu diqqətə çatdırdı.
Natiq, Ümummilli lider Heydər Əliyevin məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bugünki tərəqqimizin təməlini qoyduğunu vurğuladı. Bu gün də Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev, birinci vitse – prezidentimiz Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, bütün dünyada əsl sülh carçılarıdırlar.
     Tədbir çərçivəsində  çıxış edən “Səma” rəqs ansamblı,  “İnci” qrupu, “As” və “Meqas” estrada qruplarınin çıxışları SOS uşaq kəndinin sakinləri tərəfindən tərəfindən alqışlarla qarşılandı.
     Şən klounlar tərəfindən təşkil olunan müxtəlif oyun və viktorinalar  təşkil etməklə körpələr.uşaqların yaddaşında xoş xatirələrlə qaldı.

 

Keçidlər