116 nömrəli məktəbdə Ulu Öndərə həsr olunmuş " Azərbaycanın sönməz günəşi” " mövzusunda tədbir keçirildi
Mayın 8-də Xətai rayonu 116 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş " Azərbaycanın sönməz günəşi "adlı tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, YAP Xətai rayon təşkilatının nümayəndəsi Ənvər Bayramov, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Çıxış edənlər Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolu, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat veriblər. Bildirilib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində idi.
Tədbir şagirdlərin Ulu Öndər haqqında səsləndirdiyi gözəl şeirlər, musiqi və rəqs nömrələri ilə davam etdi.
Sonda Dahi şəxsiyyətin ”Ən çox sevdikləri” adlı səhnəcik nümayiş etdirildi.