Şriftin ölçüsü :

Saytın rəngi :

116 saylı məktəbdə "Narkomaniyaya "YOX" deyək" adlı tədbir keçirildi

02 dekabr 2022 | 14:41

2 dekabr 2022-ci il tarixdə Murad Hacıyev adına 116 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyətinin  və  Xətai rayon Polis İdarəsinin təşkilatçılığı ilə  "Narkomaniyaya "YOX" deyək" adlı tədbir keçirildi. Tədbirdə  Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova,  Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədov, məktəbin müəllim və şagirdləri  və digər qonaqlar iştirak ediblər.

Tədbirdə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı döövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb. Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıblar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər