Şriftin ölçüsü :

Saytın rəngi :

116 saylı məktəbdə və Cavanşir, M.Rüstəmov və Q.Nəbi küçələrində ağacəkmə aksiyası keçirilib.

23 dekabr 2023 | 13:56

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Xətai rayonunda yaşıllıq zolaqlarının artırılması,  ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Keçirilən silsilə tədbirlər çərçivəsində 23.12.2023-cü ildə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 116 saylı tam orta məktəbin həyətində və Cavanşir, M.Rüstəmov və Q.Nəbi küçələrində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələrinin, MKTB-nin və məktəb kollektivləri, qazilər iştirak ediblər. Aksiya zamanı 116 saylı tam orta məktəbin həyətində 100 ədəd meyvə ağacı və 100 ədəd eldar şamı əkilmişdir. Eyni zamanda rayonun Cavanşir, M.Rüstəmov və Q.Nəbi küçələrində və digər ünvanlarda qurumuş ağaclar yenisi ilə əvəz olunaraq əlavə olaraq 600 ədəd eldar şamı əkilmişdir. Bayram əhval-ruhiyyəsində keçən aksiyada liseyin həyətində milli musiqilər və rəqslər nümayiş etdirilib, çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. 

 

Keçidlər