Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 1 Oktyabr-Ahıllar Günü ərəfəsində Respublika Ağsaqqallar Şurasının üzvü, Xətai rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadəni qəbul edib

28 sentyabr 2017 | 11:00

    Ölkəmizdə pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzindədir.“Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.

     Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 1 Oktyabr-Ahıllar Günü ərəfəsində  Respublika Ağsaqqallar Şurasının üzvü, Xətai rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadəni qəbul edib. Görüş zamanı  bildirilib ki, Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalanıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Hazırda Xətai rayonunda 20 323 nəfər yaşı 65-dən yuxarı olan vətəndaş yaşayır. Onların da 11170 nəfəri qadın, 9153 nəfəri isə kişidir.  Rayon İcra Hakimiyyəti hər zaman bütün imtiyazlı insanları, o cümlədən, ahıl yaşlı insanları diqqətdə saxlayır, onların qayğısına qalır, yaranmış problemlərinin, müraciətlərinin vaxtında həll olunmasına çalışır.  Rayonun belə  yaşlı insanlarından biri də əməkdar pedaqoq,  Əhmədli kəndi haqqında kitabın müəllifi, uzun müddət  64 saylı tam orta məktəbdə fəaliyyət göstərmiş qocaman müəllim, 89 yaşlı Əlizadə Qurbanəli Gülbala oğludur. Ağsaqqalla görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov onun xidmətlərini xüsusi vurgulayaraq bildirdi ki, bütün yaşlı insanlar kimi Qurbanəli Əlizadə də həmişə dövlətin, ölkə başçısının diqqət mərkəzindədir. Onun keçdiyi əmək yolu, maarifləndirici-tərbiyəvi yazıları və pedaqoji fəaliyyəti həmişə gənclər üçün bir örnəkdir. Elə bu xidmətlərinə görə o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.10.2011 tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Görüşün sonunda Qurbanəli Əlizadəyə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli  hədiyyə təqdim olundu. 

Keçidlər