Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “İslam Həmrəyliyi İslam dəyərlərinin sübutudur” adlı tədbir keçirilib

29 sentyabr 2017 | 11:00

    Xətai rayon Mərkəzi Kitabxana Sistemində “İslam Həmrəyliyi ili”nə həsr edilmiş “İslam Həmrəyliyi İslam dəyərlərinin sübutudur” adlı tədbir təşkil olunub. 
     Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Fəlsəfə elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikası “İdeal sülhün təbliği Fondu”nun vitse- prezidenti Əsədulla Qurbanov, Azərbaycanlı ilahiyyatçı din xadimi, “Mənəvi dünya” Milli- Mənəvi dəyərlərimizinTəbliği İctimai Birliyinin təsisçisi və sədri , Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Dini Maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Multikulturalizim Mərkəzinin əməkdaşı, fəlsəfə elmləri doktoru Elsevər Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ramilə Qurbanlı və “Cığır” İctimai Birliyinin üzvləri iştirak ediblər.
     Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunmasının əhəmiyyətindən danışaraq, Prezident İlham Əliyevin “Bu bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq bir ölkə kimi, eyni zamanda müasir bir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kanpaniya aparanlara da bir cavab olacaq”  fikrini çatdırıb.
Daha sonra “İslam Həmrəyliyi ili” ilə bağlı islam dəyərlərinin təbliğinə, islamın başqa dinlərlə münasibətinə, ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə dair təbliğat-təşviqat işlərini uğurla apardığını qeyd edərək, ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq ölkəmizdə dini tolerantlığın qorunmasının əhəmiyyətindən, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunması Azərbaycanın dünyaya sülh, birlik və qardaşlıq mesajı verdiyini qeyd edib.
      Tədbir çərçivəsində “Cığır” İctimai Birliyinin üzvlərinin iştirakı ilə səhnəcik  və  “İslam Həmrəyliyi ili” haqqında filmin nümayişi olub.

 

 

Keçidlər