Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

30 sentyabr 2017 | 11:00

   Xətai rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə 265 nömrəli  məktəbdə tədbir keçirilib.
Dövlət himnimizin səsləndirilməsindən və müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini, məktəbin direktoru Yeganə Qurbanova bayram münasibətilə gələn qonaqları təbrik edib.

    Müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan YAP-ın keçdiyi inkişaf yolundan bəhs edən Yeganə Qurbanova bildirib ki, YAP monolit birliyi, böyük sosial bazası olan bir partiyadır. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını yarandığı gündən Heydər Əliyev partiyası kimi tanımışdır.
   Daha sonra çıxış edən yazıçı, ssenarist, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professor, millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon ziyalıları bildiriblər ki, zaman hadisələrə düzgün dəyər vermək baxımından yaddaşdır. Yeni Azərbaycan Partiyasının zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya olduğunu həmin dövrə nəzər salmaqla bir daha təsdiq etmiş olarıq. Bu o dövr idi ki, Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi tənəzzül baş alıb gedir, torpaqlarımız bir-birinin ardınca işğal olunur, xalqın sabaha ümidi tamamilə itirdi. Belə bir çətin dövrdə tarix ümummilli lider Heydər Əliyevin qarşısına xilaskarlıq missiyasını qoydu. 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü uğurlarının əsası oldu. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev Azərbaycanı qısa müddətdə uğurlu daxili və xarici siyasəti ilə dünyada sabitlik məkanı kimi tanıtdı. Sabitlik ölkəmizin iqtisadi imkanlarının genişləndirilməsində stimulverici amil oldu. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında tərəddüd edən dövlətlər ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində ölkəmizdə yaradılan sabitlikdən istifadə edərək investisiya qoyuluşuna xüsusi maraq göstərdilər. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana inamın, ən əsası bugünkü uğurlarımızın təməli oldu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.
       Tədbirin sonunda YAP partiyasının fəal üzvləri olan məktəbin müəllimələrinə fəxri fərmanlar verilib.

Keçidlər