Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaq uğrunda ölən varsa Vətəndir

30 sentyabr 2017 | 11:00

    29 sentyabr 2017-ci il tarixdə Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin üzvlərinin, rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə    vətənpərvərlik mövzusunda tədbir keçirildi.
     Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
   Tədbirdə çıxış edən məktəbin direktoru Ülviyyə İsmayılova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Xətai şöbəsinin sədri Fuad Salahov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov aprel döyüşlərindən danışaraq bildirdilər ki, Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə,cani və qanı ile sevir. Onun azadliq ve istiqaliyyəti uğrunda hər an canını da verməyə hazırdır. İnsan həyata bir dəfə gəlir və bir dəfə nə vaxtsa köçüb gedir. Lakin Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, öləndən sonra şərəflə yad edilirlər.
    Tədbir çərçivəsində Hərbi vətənpərvərlik saytlarının rəhbəri Tofiq Şahmuradovun aprel döyüşlərinə Azərbaycan ordusunun Talış istiqamətində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Döyüş gündəliyi” filminin təqdimatı oldu.
     Sonda İctimai birliyin Fərqlənən üzvlərinə və şagirdlərə Birliyin təsis etdiyi medal və  Diplomlar təqdim olundu.

Keçidlər