Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 315 və 8 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub

02 oktyabr 2013 | 10:00

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakının Xətai rayonundakı 315 və 8 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.  Fondun  prezidenti Mehriban Əliyeva əvvəlcə 315 nömrəli körpələr-evi uşaq bağçasına gəlib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Mehriban Əliyevaya məlumat verərək bildirib ki, 1976-cı ildən fəaliyyət göstərən bu bağça indiyədək əsaslı təmir olunmamışdır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyulunda başlanılıb. 

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Heydər Əliyev Fondunun prezidentinə bildirilib ki, bağçada 6 qrupda 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər peşəkar mütəxəssis məşğul olacaq. 

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva 8 nömrəli körpələr-evi uşaq bağçasında yaradılmış şəraitlə tanış olub. Bakı şəhər İcra Hakimiyyətinin  başçısı Hacıbala Abutalıbov bildirib ki, bağçanın ümumi sahəsi 1,2 hektardır. Həyətdə geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, xüsusi istirahət guşələri yaradılıb, uşaq attraksionları qurulub.

Bildirilib ki, 2 mərtəbəli bina 1977-ci ildən fəaliyyət göstərib və heç vaxt əsaslı təmir olunmamışdır. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyununda başlanılıb.
Bildirilib ki, 220 yerlik bağçada 190 uşağın təlim-tərbiyəsi ilə 24 pedaqoji və 25 xidməti işçi məşğul olacaq. Bağçada 2 yaşdan 6 yaşadək 3 rus, 7 Azərbaycan qrupu fəaliyyət göstərəcək.

Keçidlər